Türkiyə sahillərində 14 miqrant suda boğuldu

Türkiyənin  sahil sularında ən azı 14 miqrant, o cümlədən 7 uşaq batıb.
 
Maide.az xəbər verir ki, Türkiyənin Sahil Mühafizə qüvvələri hadisə zamanı 27 miqrantı xilas ediblər.
 
Miqrantlar qayıqla özlərini Yunanıstanın Lesbos adasına çatdırmaq istəyiblər.
 
Daha əvvəl, Yunanıstanın Sahil Mühafizə Xidməti 1 noyabrda bildirmişdi ki, Türkiyədən Yunanıstan üzərkən qayıqlarının batması nəticəsində ən azı 11 miqrant, o cümlədən 6 uşaq həyatını itirib.
 
Ondan daha bir neçə gün əvvəl də Türkiyənin Sahil Mühafizə Xidməti 31 oktyabrda 1-4 yaşlarında olan 4 uşağın cəsədini aşkar edərək, üzərlərində xilas jileti olan daha 19 nəfəri xilas edə biliblər.
Beynəlxalq Miqrasiya Təşkilatının yaydığı ən son məlumata görə, cari ildən indiyədək 724.228 miqrant özlərini Avropa sahillərinə çatdırıblar, eyni zamanda, ümumilikdə 3.329 nəfər isə Yaşıl qitəyə bu riskli səfərdə həyatını itirib və ya itkin düşüblər./

Google+ WhatsApp ok.ru