Türkiyənin Sur rayonunda tarixi məscidə terror hücumu - FOTO

Türkiyənin Diyarbəkir vilayətinin Sur rayonunda PKK terrorçuları tərəfindən həyata keçirilən təcavüz, şəhərin ilk Osmanlı əsəri olan Fatihpaşa Məscidində (Kurşunlu Məscidi) yanğına səbəb olub. 
Maide.az xəbər verir ki, terrorçular tərəfindən atılan əldəqayırma partlayıcının partlamasından qısa müddət sonra böyüyən yanğına müdaxilə üçün bölgəyə göndərilən yanğınsöndürmə və polis dəstələrinə terrorçular tərəfindən atəş açılıb. Terrorçuların hücumlarının davam etməsi səbəbindən qrupların müdaxilə etmədiyi yanğında, tarixi məscidə ciddi şəkildə ziyan dəyib.
 
 
 
 

Google+ WhatsApp ok.ru