Türkiyədə erməni deputat Diyarbəkir şəhərinin adını erməniləşdirib 03 Fevral 2016 02:00 Dünya Türkiyə Böyük Millət Məclisinin (TBMM) erməni deputatı Selina Doğan "facebook" səhifəsində ölkənin Diyarbəkir şəhərini "Tiqranakert" kimi yazıb. "Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb. Bu deputat Kamal Kılıcdaroğlunun sədrlik etdiyi Cümhuriyyət Xalq Partiyasının üzvüdür. Yerli mütəxəssislərin fikirincə Türkiyədəki demokratik mühitdən, söz, fikir və mətbuat azadlğından bu sayaq insanlar bəzən "azmışcasına" istifadə edir. Yeri gəlmişkən, yanvarın 26-da Avropa Şurası Parlament Assambleyasının sessiyasında "Dağlıq Qarabağ və Azərbaycanın digər işğal edilmiş ərazilərində zorakılığın artması" hesabatına səsvermədə sənədi ümumilikdə 25 ölkədən 66 şəxs dəstəkləmişdi. Səsverməyə qoşulan nümayəndə heyətləri sırasında hesabatın lehinə Gürcüstan, Ukrayna və Türkiyədən daha çox deputat səs verib. Sənədin qəbulu üçün 70 səsə ehtiyac olub. Bununla belə, türkiyəli 16 deputatdan (Türkiyəni AŞPA-da 18 millət vəkili təmsil edir) 13-ü səsvermədə iştirak edib. Onlardan 12 millət vəkili qərarın lehinə səs verib, CHP-nin millət vəkili İlhan Kesici sənədin lehinə səs versə də, o, protokollara "bitərəf" kimi salınıb, 3 deputat - Talib Küçükcan, (hakim Ədalət və İnkişaf Partiyasından (AKP), Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri), Leyla Şahin Usta (AKP), Gülsün Bilgəxan (Cümhuriyyət Xalq Partiyası) isə səsverməyə qatılmayıb. Gülsün Bilgəxan Atatürkdən sonra Türkiyənin 2-ci prezidenti İsmən İnönünün nəvəsidir. O, ötən ilin aprelində "Qondarma erməni soyqırımı"na dəstək məqsədi ilə sayğı duruşuna qatılmışdı. Terrorçu PKK-nın sözçüsü kimi də tanınan Xalqların Demokratik Partiyasından (HDP) olan iki deputat isə səsvermədə iştirak etməyib. Teqlər : #Türkiyədə erməni deputat Diyarbəkir şəhərinin adını erməniləşdirib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bəhreyn inqilabının ildönümü günü ərəfəsində xalq kütləvi tətillərə hazırlaşır Vatikan rəsmisi: `Ayətullah Xameneinin Avropa və Amerika gənclərinə ünvanladığı məktubunu oxumuşam, elə buna görə də hazırda İrandayam`
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO