Türkiyədə gərgin gecə: 2 məktəb yandırıldı 15 Fevral 2016 02:00 Dünya Türkiyənin Şırnak vilayətində təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında atışma baş verib. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, vilayətin İdil rayonunda havanın qaralmasından sonra gərginlik başlayıb. Rayonun Yeni və Atakənd məhəllələrində xəndəklərdə və barrikadaların arxasında gizlənmiş terrorçular zirehli texnika ilə reyd keçirən polisləri iriçaplı silahlardan intensiv atəşə tutublar. Polisin terrorçulara cavab atəşi açması ilə tərəflər arasında atışma baş verib. Bölgədə atışmanın getdikcə şiddətini artırdığı bildirilir. Vaxtaşırı partlayış səslərinin də eşidildiyi rayon ərazisində atışmaların davam etdiyi bildirilir. Həmçinin ötən axşam Mardin vilayətinin Nusaybin rayonunda PKK terrorçuları iki məktəbi yandırıb. Yerli mətbuat bildirir ki, terrorçular rayonun Yenişehir məhəlləsindəki “Yavuz Selim” ibtidai məktəbini və “Merkez” orta məktəbini yandırıblar. Yollarda qurulmuş barrikadalar və qazılmış xəndəklər səbəbindən yanğından mühafizə briqadaları hadisə yerinə gedə bilməyiblər. / Teqlər : #Türkiyədə gərgin gecə: 2 məktəb yandırıldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dövlət Bağçalı `Türkiyə-Səudiyyə ittifaqı`nı sərt tənqid etdi Səudiyyə Ərəbistanında 20 ölkənin birgə hərbi manevri başlayır
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO