Türkiyənin müdafiə naziri: Suriyaya quru əməliyyatı planımız yoxdur

Türkiyənin müdafiə naziri İsmət Yılmaz Türkiyənin Suriyada hər hansı bir quru hərəkatı planının olmadığını deyib. Yılmaz 100 türk əsgərinin Suriyaya daxil olduğu iddialarını da təkzib edib.
 
Maide.az xəbər verir ki, Suriyadakı YPG yerləşən mövqelərə qarşı başlanılan top atəşləri haqqında məlumat verən müdafiə naziri, mərmilərin Kilisdən atəş açaraq 4 ayrı nöqtəni vurduğunu bildirib və "Türk tərəfində can itkisi yoxdur. Qarşı tərəfi bilmirik" deyib.
 
Yılmaz YPG-yə qarşı top atəşlərinin angajman qaydaları çərçivəsində baş verdiyini də söyləyərək, "Azez bölgəsində hücum hazırlığında olan faktorlar haqqında kəşfiyyat məlumatı vardır" deyə bildirib.
 

Google+ WhatsApp ok.ru