Danimarkada qadınlara xüsusi məscidlər yaradılır

Skandinaviyanın ilk qadın məscidi Danimarkanın Kopenhagen şəhərində açılacağı günü gözləyir. Yalnız qadınların ibadətinə açıq olacaq məsciddə qadın imamlar xidmət edəcək. 
 
Maide.az xəbər verir ki, məscidin qadın rəhbəri Şirin Hankan qadın məscidi layihəsinin səbəblərini açıqlayarkən, "Mövcud məscidlərdə özümü heç vaxt evimdəki kimi hiss etməmişəm. Bu məscidlər çox gözəl və böyükdür. Ancaq buralarda özümü həmişə yad hiss etdim. Biz qadınlar bu məscidlərdə eyvanlarda oturur və aşağıda nə olduğunu izləyirik. Bir çox qadın və gənc insan məscidlərdə kişilərin söz sahibi olduğu, kişilərə aid yerlər olması səbəbindən məscidlərə getmirlər. Bu səbəbdən qadınların tələblərinə uyğun bu məscidi yaratdıq", - deyib.

Google+ WhatsApp ok.ru