Türkiyədə terrora hazırlaşan 6 İŞİD-çi həbs olundu

Türkiyənin Qaziantep şəhərində polisin keçirdiyi əməliyyatda bomba yüklü avtomobillə hücuma hazırlaşğı məlum olan xüsusi təhsil almış 6 İŞİD terrorçusu həbs olunub.

Maide.az xəbər verir ki, Terrorla Mübarizə Şöbəsi briqadalarına İŞİD terrorçularının Türkiyədə terror törədəcəyi məlumatı daxil olub. Bundan sonra hərəkətə keçən polis və xüsusi təyinatlılar 4 İŞİD terrorçusunu həbs edib. Saxlanılan 4 nəfərdən birinin aparılan araşdırmalar zamanı Ankara Gar meydanında təşkil olunan terrorla əlaqəli olduğu müəyyən edilib.

Axtarış zamanı həmçinin bomba yüklü maşınla terror törədəcəkləri müəyyən edilən daha 2 nəfər də saxlanılıb.

 

Google+ WhatsApp ok.ru