Türkiyə ilə Ermənistan arasındakı ticarət dövriyyəsi ilə bağlı şok faktlar -VİDEO

Türkiyə ilə Ermənistan arasındakı sərhədlərin bağlı olması qətiyyən ticarətin olmaması mənasını vermir. İslıaminSesi sizə iki ölkə arasında olan ticarətin mövcud olduğunu sübüt edən araşdırmanı təqdim edir.
 
Ermənistanın müstəqiliyini tanıyan ilk dövlətlərdən biri (1991-ci 16 dekabr) Türkiyə olub.  Lakin az sonra bütün münasibətlər alt-üst oldu. Bu münasibətlərin kəsilməsi iki əsas məsələyə görə oldu.
 
Soyqırım iddiası
Qarabağ münaqişəsi
 
1993-cü ildə Türkiyə Ermənistanla sərhədləri bağladı və bütün münasibətləri kəsdi. Hazırda sərhədlərin açılması üçün irəli sürülən əsas şərt işğal olunmuş Azərbaycan torpaqlarının Ermənistan tərəfindən tərk edilməsi məsələsidir. Lakin həqiqətənmi sərhədlər bağlıdır və ticarət yoxdur?
 
Bu sualı cavablandırmazdan əvvəl onu qeyd etmək lazımdır ki, Türkiyənin özündə sözügedən ölkə ilə sərhədlərin açılması ilə maraqlı olan qruplar var. Bunlar o qədər çoxdur ki, hətta lobbiləşiblər. Bu lobbi yalnız iqtisadi maraqlarını güdən qruplardır. Müəyyən zaman daxilində onlar hakimiyyətdə olanlara təsir etmə qüvvəsinə də malik olublar. Elə 2013-cü ilin oktyabr ayında Türkiyənin Xarici işlər naziri Əhməd Davudoğlu İsveçrədəki görüşlər zamanı “ Ermənistanla münasibətləri normallaşdırmaq üçün bəzi yaradıcı fikirlərlə məşğuluq”-deyə açıqlama verdi. Lakin bu hələ ticarətin olmaması deyildi. Elə Ermənihaber.am saytının məlumatına əsasən artıq 2009-cu ildən vüsət alan Ermənistan və Türkiyə ticarəti Gürcüstan vasitəsilə genişlənib. Bu barədə məlumat verən Türkiyə və Ermənistan İş İnkişafı şurasının başçısı Arsen Kazariyan bildirib ki, 2009-cu ildən bu ticarət 2,5 dəfə artıb.
 
Kazariyan: “Hazirda ticarətimiz 100 milyon dollardan 250 milyon dollara yüksəlib.”-deyə açıqlama verib.
 
     Bunu Türkiyə tərəfdə gizlətmir. İllik 200 milyon dolları əhatələyən bu ticarət qida, təmizlik və inşaat materiallarının satışı ilə əldə olunur. Lakin sərhədlərin açılması məsələsi isə gündəmdə öz yerini qoruyur. Türkiyənin Ermənistanla sərhədlərini bağladığı 1993-cü ildə Türkiyənin xarici ticarət gəliri 44,7 milyard dollar idi. Ermənistanla ticarət bu məbləğin yalnız 1% təşkil edirdi. Türkiyə Ermənistana başda qida və tekstil olmaqla 4 milyon 148 min dollarlıq mal ixrac edirdi. Lakin sərhədın 18 ildir qapalı olmasına rəğmən iki ölkə arasında ticarət müxtəlif yollarla davam etdirilir. Ermənistan hər il ortalama olaraq 4-5 milyon dollarlıq əlvan metal və bəzi dəyərli filizləri Türkiyəyə ixrac edir.
 
 
     Ermənistanın xarici ticarətində Belçika, Rusiya, ABŞ və sair olkələr əhəmiyyətli yer tutur. Ermənistan bu ölkələrə almaz, metal, konyak və mis məmulatları ixrac edir, əvəzində isə təbii qaz, neft,  tütün, qida və tekstil məmulatları əldə edir.
 
     Ermənistan tərəfi isə bildirib ki, yerli əhali türk mallarını almağa üstünlük verir. Türkiyə və Ermənistan İş İnkişafı Şurasının vitse prezidenti Kaan Soyak bu barədə açıqlama verib:
 
“Əvvəllər bu iki ölkə ticarət edəndə ortaya gürcülər ya da iranlılar girirdi. Türk və erməni bir-birini görmürdü. Bizim təşkilat olaraq məqsədimiz bu oldu ki, bu aradakı vasitəçiləri ləğv edək Artıq Türkiyənin göndərdiyi mallar  birbaş Ermənistana gəlir. Bunu isə biz Gürcüstandakı şirkətlər vasitəsilə edirik.”
 
      Cənubi və Şərqi Anadoludan gələn malların Gürcüstan vasitəsilə 24 -36 saat fərqi ilə Ermənistana gəlib çatdığını bildirən Soyak sərhədlərin açılması ilə bu vaxtın 4-5 saata düşəcəyini bildirib.
 
      Bu gün Türkiyə ilə Ermənistanın arasındakı ticarətin statistikasını Türkiyə rəsmiləri 218 milyon dollar desə də,  Kaan Soyak əslində bu rəqəmin daha böyük olduğunu və statistikanın hər şeyi əks etdirmədiyin bildirib. islaminsesi.az   /

Google+ WhatsApp ok.ru