Türkiyədə qadın polislər hicab taxa biləcəklər

Türkiyədə qadın polislər hicab taxa biləcəklər

Türkiyədə qadın polislərin baş örtüyündən istifadə etməsinə icazə verilib.

 

“Vatan” qəzetinə istinadən verilən məlumata görə, bu məsələ təhlükəsizlik xidməti əməkdaşlarının geyim qaydalarına edilən dəyişiklikdə əksini tapıb. 

 

Qadın polislərin baş örtüyü taxmasını əngəlləyən maddə bu şəkildə dəyişdirilib: "Şapka, papaq və üzü örtməyən, bəzəksiz, uniforma rəngində baş geyimlərini çıxmaq şərtilə, rəsmi geyimlərin içərisinə kənardan görünəcək şəkildə jaket, jilet və bənzər geyimlər geymək qadağandır". (apa) /

Google+ WhatsApp ok.ru