Türkiyədə etiraz aksiyası zamanı 25 nəfər saxlanılıb

Türkiyədə etiraz aksiyası zamanı 25 nəfər saxlanılıb

Türkiyənin Diyarbakır bələdiyyə başçısı Gültan Kışanak və Bələdiyyə Məclisinin üzvü Fırat Anlının saxlanılmasına etiraz edənlər bələdiyyə binasının önünə toplaşıblar.
 
“Hürriyet”ə istinadən verilən xəbərə görə, HDP və DBP-nin çağırışı ilə etiraz aksiyası keçirənlər polisin xəbərdarlığına məhəl qoymayıblar. Polis nümayişçilərə təzyiqli su ilə müdaxilə etməli olub. Bu zaman hüquq mühafizəçiləri ilə HDP-li millət vəkilləri arasında gərginlik yaşanıb.
 
Polisə müqavimət göstərən 25 nəfər saxlanılıb. (salamnews) /
 
 

Google+ WhatsApp ok.ru