İraq ordusu Mosul şəhərinin 2 kilometrliyinə çatıb

İraq ordusu Mosul şəhərinin 2 kilometrliyinə çatıb

İraqda terror qruplaşması İŞİD-in işğalında olan Mosulu  xilas etmə əməliyyatı 10-cu  günündə davam edib.
 
Maide.Az xəbər verir ki, İraq ordusu, Həşd Əş-Şabi və Peşmərgə qüvvələrinin birgə başladığı əməliyyatda bu  günə qədər şəhərin cənub-şərqində yerləşən Həmdaniyə rayonu, cənubunda Nəmrud, şərqində isə Bertilla qəsəbələri geri alınıb. Ötən günlər ərzində Mosul ətrafında 80-dan çox  kənd və şəhər işğaldan azad olunub.  
Ekspertlər iraqlı qüvvələrin  gözləniləndən daha çox uğur qazandığını bildirir.  
 
İŞİD terrorçularının  iki il yarımdan çox zamandır ki, işğal etdiyi Mosul şəhərinə ən çox yaxınlaşan qüvvələr Peşmərgələr və Həşd Əş-Şabi qüvvələri olub. Şəhərin şimal-şərqindəki Navəran və şərqindəki Başika cəbhələrindən hərəkətə keçən qüvvələr, oktyabr ayının 23-də Mosul vadisi kimi tanınan bölgədə birləşiblər. 
 
Sözügedən qüvvələrin birləşdiyi nöqtə ilə Mosul şəhər mərkəzi arasındakı məsafə sadəcə 9 kilometrdir. Bu gün ki, əməliyyatlardan sonra ordu qüvvələri Mosulun şəhərinin şərqinin 2 kilometrliyinə çatıblar. Bu nöqtədə axşam saatlarından etibarən, Mosul şəhər mərkəzinin işıqlarını görmək mümkündür.
 

 

Google+ WhatsApp ok.ru