Türkiyədə qətlə yetirilmiş səfirə `Rusiya qəhrəmanı` adı verilib 21 Dekabr 2016 02:00 Dünya Rusiya prezidenti Vladimir Putin Rusiyanın Türkiyədə qətlə yetirilmiş səfiri Andrey Karlova ölümündən sonra "Rusiya qəhrəmanı" adının verilməsi haqqında fərman imzalayıb. Bu barədə Kremlin saytında məlumat yerləşdirilib. Fərmanda bildirilir ki, Andey Karlov Rusiyanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri postunda daim dözümlülük və cəsarət nümayiş etdirdiyinə və Rusiyanın xarici siyasət kursunun həyata keçirməsinə verdiyi böyük töhfələrə görə təltif olunub. Xatırladaq ki, dekabrın 19-u axşam saatlarında Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Türkiyənin bu ölkədəki səfiri A. Karlov qətlə yetirilib. Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub. O, təhlükəsizlik əməkdaşları tərəfindən öldürülüb. (apa) / Teqlər : #Türkiyədə qətlə yetirilmiş səfirə `Rusiya qəhrəmanı` adı verilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiyada 62 dərəcə şaxta qeydə alınıb Berlin terrorunu törədən şəxs bilindi - VİDEO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO