Türkiyədə referendumun ilkin tarixi açıqlandı

Türkiyədə referendumun ilkin tarixi açıqlandı

Türkiyədə referendum aprelin 16-na planlaşdırılıb.
 
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin ədalət naziri Bəkir Bozdağ deyib.
 
Nazir bildirib ki, Konstitusiyaya dəyişikliklərə əsasən dövlət başçısına parlamenti ləğv etmək səlahiyyəti verilmir:
 
"Bunun əksinin iddia edənlər xalqın gözünün içinə baxa-baxa yalan söyləyirlər. Prezidentimizin bir tərəddüdü yoxdur. Referendumun ilkin olaraq aprelin 16-da keçirilməsi planlaşdırılır".
 

Google+ WhatsApp ok.ru