Türkiyədə məscidin günbəzi çökdü,  3 nəfər həyatını itirdi

Türkiyədə məscidin günbəzi çökdü, 3 nəfər həyatını itirdi

Türkiyənin Samsun bölgəsində  tikilməkdə olan məscidin günbəzinin beton qurğusu çöküb. 
 
Maide.info  Türkiyənin  “hurriyetdailynews” saytına istinadən xəbər verir ki,  çökmə nəticəsində  dağıntılar altında qalan 6 nəfərdən 3 nəfəri həyatını itirib.  
 
Ölən və xəsarət alanlar məscidin tikintisində çalışan fəhlələr olub. 
 
Yaralılar xəstəxanaya yerləşdirilib və durumlarının yaxşı olduğu bildirilir. 
 
 

Google+ WhatsApp ok.ru