Türkiyədə  128 mindən çox Quran hafizi var

Türkiyədə 128 mindən çox Quran hafizi var

Türkiyədə 128 mindən çox Quran hafizi var.
 
Bunu Diyanət İşləri Təşkilatının Təhsil Xidmətləri üzrə idarənin rəhbəri Bünyamin Albayrak deyib. 
 
Maide.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, B.Albayrak deyib ki, ölkədə 1976-cı ildən indiyədək 128 min 440 nəfər Quran hafizi rəsmi qeydiyyata alınıb. 
 
Onun sözlərinə görə, hazırda 70 mindən çox tələbə Quran əzbərləmə kurslarında dərs oxuyur və onlara 5 mindən çox müəllim dərs deyir.  
 
B. Albayrak deyib ki, ötən il Quranı əzbərləyən 6500 şagirdə sertifikat verilib. Bu rəqəm 2015-ci ildə 6 min və 2014-cü ildə 5500 nəfər olub.
 
Onun sözlərinə görə, 3 milyondan çox uşaq üçün dini maarifləndirmə dərsləri təşkil oluub və yay aylarında məktəbli uşaqların Quran əzbərləməsi üçün Quran təlimi kursu təşkil olunur. /

Google+ WhatsApp ok.ru