Türkiyədə böyük əməliyyat, 42 hərbçi saxlanıldı

Türkiyədə böyük əməliyyat, 42 hərbçi saxlanıldı

Türkiyədə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı əməliyyat davam edir.
 
Maide.Az "Sputnik"-ə istinadla xəbər verir ki,  İzmir Baş Prokurorluğu, terror təşkilatı ilə bağlılığı olan 42 nəfər haqqında saxlanılma qərarı verib.
 
Saxlanılma qərarı verilənlərdən 28-i hazırda orduda xidmət edən zabitlərdir. Digər 14 nəfər isə müxtəlif vaxtlarda ordudan kənarlaşdırılıblar.
 
Qeyd edək ki, ötən ay Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, Türkiyədə hazırda 30 min 559 FETÖ-cu həbsxanadadır.
 
 
 
 

Google+ WhatsApp ok.ru