Türkiyədə meşələr yanır

Türkiyədə meşələr yanır

Türkiyənin cənub-qərbindəki Muğla vilayətində meşə yanğınları başlayıb.
 
Yanğınla əlaqədar kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli Muğlanın Göçek rayonuna yola düşüb.
 
O bildirib ki, yanğının söndürülməsi ilə mübarizə aparılsa da, güclü külək işlərə maneə törədir.
 
Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir. /Trend
 

Google+ WhatsApp ok.ru