Türkiyə və Pakistan Norveç millətçilərini Quranı yandırmaq cəhdinə görə qınayıb

Türkiyə və Pakistan Norveç millətçilərini Quranı yandırmaq cəhdinə görə qınayıb

Noyabrın 23-də Pakistan Xarici İşlər Nazirliyi, "Norveçi islamlaşmağı dayandıraq” sağçı millətçi qrupun  Quran nüsxəsini yandırmaq cəhdini qınayıb.
 
Maide.Az xəbər verir ki, Pakistan Samaa TV kanalının verdiyi məlumata görə, Pakistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məhəmməd Faisal, İslamabadın bütün dinlərə və inanclara hörmət etdiyini və digər ölkələrdən də İslama qarşı hörmət gözlədiyini söyləyib.
 
Xarici İşlər Nazirliyinin mətbuat katibi, Norveçin Kristiansand şəhərində, 22 Noyabrda "Norveçi islamlaşmağı dayandıraq” qrupunun fəalları anti-İslam yürüşü və Quranın bir nüsxəsini yandırmağa cəhdi ilə bağlı danışıb.
 
Pakistanla yanaşı, Türkiyə də hadisə ilə bağlı narazılığını bildirib.
 
 Ankara Norveç hökumətini “bu cür hərəkətləri dayandırmağa” və “bütün günahkarları cəzalandırmağa” çağırıb.

Google+ WhatsApp ok.ru