Türkiye-İran qatar yolunda bomba partladı

İstanbuldan İrana gedən qatarının yolunda bu gün səhər saat 10.30 radələrində, Suveren Hodan stansiyası yaxınlığında qatar tunelə girmək istəyərkən bomba partladılıb. 
 
Maide.az Türkiyə KİV-lərinə istinadən məlumat verir ki, partlayış zamanı ölən və yaralanan olmasada baqac vaqonu və relslərə ziyan dəyib.
 
Bingöl valisi Yavuz Koşger bombanın PKK tərəfindən törədildiyini iddia edib.  O, deyib ki, bomba əldə düzəlmə bomba və üzaqdan kontrol olunaraq partladılıb.
Maide.az-ın İran KİV-lərinə istinadən məlumatına görə, İranın  Dəmir Yol idarəsinin rəis müavini Məhəmməd Raşidi də Türkiyə -İran qatarının yolunda bomba partladılması xəbərini təsdiq edib və deyib ki, qatarın vaqonlarından biri relsdən çıxaraq aşıb. Sərnişinlər xəsarət almayıb. İran Xarici İşlər Nazirliyi vasitəsi ilə qatarın son durumu ilə maraqlanır. / 
 

Google+ WhatsApp ok.ru