Türklərə atom hədiyyəsi (VİDEO)

Türkiyə ekologiya nazirliyi bu ölkədə tikiləcək Akkuyu Atom Elektrik Stansiyasının (AES) ətraf mühitə təsirinin dəyərləndirilmə sənədini təsdiqləyib. 
 
Rusiyanın sərmayəsi ilə tikiləcək AES üçün çox vacib sənədin prezident Vladimir Putinin Türkiyəyə səfər etdiyi gün imzalanmasına xüsusi diqqət yetirib. 
 
Putinin bu gün Türkiyəyə gerçəkləşən səfərində bir çox məsələlərlə yanaşı AES tikintisi də müzakirə ediləcək. 
Türkiyənin atom ölkəsinə çevrilməsinə Rusiyanın dəstək verməsi bir sıra qonşu ölkələri, o cümlədən Ermənistanı narahat edir. İrəvan dəfələrlə Rusiyaya müraciət edərək, bu layihəni dayandırmağa və Erməistanda yeni AES tikməyə çağırıb.

Google+ WhatsApp ok.ru