Türkmənistanda abadlaşma bəhanəsilə məscidlər sökülür

Son illərdə Aşqabad şəhərinin abadlaşdırılması layihəsi çərçivəsində şəhərdə mövcud olan 14 məcsiddən 7-si sökülüb.
 
Maide.az-ın məlumatına görə, İmam Rza (ə) və Hz. Əli (ə) məscidləri, sökülən məscidlər sırasındadır.
 
Paytaxtdakı məscidlərin sökülməsi səbəbindən, şəhər sakinləri cümə və bayram namazlarını Ərtoğrul Qazi məscidində qılmağa məcbur olurlar; halbuki, namazqılanların sayının çoxluğu ilə əlaqədar həmin məsciddə yer çatışmamazılığı yaşanır.
 
İndiyədək Türkmənistanda sökülən məscidlərin yerində heç bir yeni məscid inşa edilməyib. /
 

Google+ WhatsApp ok.ru