Tunisdə `Yasəmən inqilabı`ndan sonra ilk seçkilər keçirilib

Ötən bazar Tunisdə 14 yanvar 2014-cü il "Yasəmən inqilabı"ndan sonra ilk prezident seçkiləri keçirilib.
 
Maide.az xəbər verir ki, Tunisin əksər regionlarında səsvermə yerli vaxtla 08:00-dən 18:00-dək davam edib. Əlcəzairdən kənar ərazilərdə məntəqələr səhər saat 10:00-dan 15:00-dək açıq olub. Bu qərar təhlükəsizliyi təmin etmək üçün verilib. 
 
Səsvermə 33 dairədə keçirilib,onların 6-sı sərhəddən kənar məntəqələrdir.
 
Səsvermədə iştirak etmək üçün 5,28 milyon insan qeydiyyatdan kecib ki, bu da Tunis əhalisinin 48%-ni təşkil edir.
 
Konstitusiyaya əsasən dövlət başcısı səsvermə vasitəsi ilə 5 il müddətinə seçilir. Tunis qanunlarına əsasən sonuncu seçki məntəsəqi bağlandıqdan 3 gün sonra səsvermənin nəticələri açıqlanmalıdır, yəni 26 noyabrda.
 
Əgər namizədlərdən heç biri 50%-dən artıq səs toplamazsa, ilin sonuna qədər ikinci tur təşkil ediləcək. //

Google+ WhatsApp ok.ru