Uşaqlara qarşı cinayətlərə laqeyid olduğu üçün Suriya BMT-ni tənqid etdi

Maide.az-ın məlumatına görə, Bəşər əl-Cəfəri cümə axşamı Livan telekanalı "Əl-Mayədin"ə müsahibəsində bildirib ki, Suriyada terror qruplaşmaları uşaqları hərbi döyüşlərində istismar edərək, onları terror aktlarında iştiraka cəlb edirlər, uşaqlara ekstremist düşüncələri təlqin edirlər.
 
Bəşər Cəfəri deyib, "BMT-nin Suriyadaki uşaqların vəziyyəti haqqında izahatında, silahlı terror qruplaşmalarının əməllərindən bir cümlə belə yoxdur." 
 
"Əl-Məyadin" telekanalı həmçin bildirir ki, İŞİD terrorçuları öz dəstələrinə yeni döyüşçülər cəlb etmək məqsədi ilə İraq və Suriyada uşaqlar üçün hərbi-təlim düşərgələri yaradırlar, bu bəhanə ilə uşaq və yeniyetmələrə işgəncələr verirlər. 

Google+ WhatsApp ok.ru