`Uşaqlarım siçovulların çeynədiyi toyuq ətini...` - Nankor erməni ailəsi

2010-cu ildə könüllü şəkildə Azərbaycana keçmiş və ötən gün Ermənistana təhvil verilmiş Gevorkyanlar ailəsi (valideynlər və üç uşaq) İrəvanda tibbi müayinədən keçib.
 
Erməni mediasının verdikləri açıqlamada 4 ildən çox Azərbaycanda normal şəraitdə yaşamalarına rəğmən, onlar da bu yaxınlarda Ermənistana təhvil verilmiş hərbi əsir Akop İnciqulyan kimi qayıtdıqdan sonra ölkəmiz əleyhinə hədyanlar söyləyiblər:
 
“Bizi hərbi əsirlər üçün düşərgədə saxlayırdılar. Mənim uşaqlarım bütün bu müddətdə daim siçovulların çeynədikləri toyuq əti yeyiblər. Onlar bizi məcbur edirdilər ki, familiyamızı dəyişək və türk olaq. İmtina elədiyi üçün ərimi döyürdülər” – bunu isə 4 il çörəyimizi yeyib-suyumuzu içən ailənin anası deyib.
 
Ata Gevorkyan da (O, Ermənistanda qətlə görə axtarışda idi –red.) özünəməxsus uydurmalar söyləyib. Deyib ki, guya Azərbaycan tərəfinin asdığı mülki şəxs Manvel Saribekyanın olduğu yerdə yaşayıblar: “Manveli asanda mən orada idim. Heç kim bunu dana bilməz”.
 
Daha ətraflı: http://atvxeber.az/news/social/8121-usaqlarim-sicovullarin-ceynediyi-toyuq-etini
Atvxeber.az saytında yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi vacibidir.(Yeni Müsavat)

Google+ WhatsApp ok.ru