Ukraynada Amerika əleyhinə aksiya keçirilib

Ukrayna paytaxtı Kiyevdə Amerika səfirliyinin önünə yüzlərlə nəfər toplaşaraq Amerikanın bu ölkədəki müharibə siyasətini pisləyib.
 
Maide.az-ın "Rossiya 24" telekanalına istinadla verdiyi məlumata görə, aksiya iştirakçıları Amerika əleyhinə şüarlar səsləndirib və bu ölkənin Ukraynanın daxili məsələlərində müdaxilələrinə son qoymasını istəyiblər. 
 
Ukraynalı etirazçılar həmçinin təxminən 300 amerikalı hərbçinin Ukraynanın qərbində yerləşdirilməsi və bir qrup amerikalı muzdlunun bu ölkənin şərqində olmasını tənqid edib, onu beynəlxalq prinsiplərə zidd adlandırıblar. 
 
Aksiya polisin müdaxiləsi ilə insidentlə nəticələnib və 20 etirazçı Ukrayna polisi tərəfindən həbs olunub.

Google+ WhatsApp ok.ru