Ukraynada benzinin qiyməti bir gündə 2 qrivna qalxıb

Ukraynada fevralın 25-dən etibarən А-95 markalı benzinin qiyməti 2,09 qrivna qalxaraq 1 litr üçün 26,42 qrivna (0,99 AZN) təşkil edib.
 
APA-nın “Ekonomiçeskaya pravda”ya istinadən verdiyi xəbərə görə, А-95  markalı benzinin maksimal qiyməti - 27,26  qrivna Ternopol vilayətində, ən minimal - 25,2 qrivna isə Dnepropetrovsk vilayətində qeydə alınıb.   
 
Qeyd edək ki, bundan əvvəl, 23-24 fevral tarixində Ukraynada devalvasiya səbəbindən benzinin qiyməti 1,3 qrivna qalxmışdı.   
 
Azərbaycan Mərkəzi Bankının fevralın 26-na müəyyən olunmuş valyuta kursuna əsasən, 1 qrivna 0.0374 AZN təşkil edib. /

Google+ WhatsApp ok.ru