Rusiya planını reallaşdırır: İrəvan blokadadan çıxır

Abxaziyadan keçərək Gürcüstana gedən dəmiryolu layihəsi Praqada müzakirə ediləcək.  

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasin çıxış edib.   Onun sözlərinə görə, bu görüş zamanı layihənin detalları müzakirə edilməyəcək:   “Biz bunu Abxaziyanın iştirakı olmadan müzakirə edə bilmərik. Amma çox güman ki, məhz bu görüş nəticəsində Abxaziyadan keçəcək dəmiryolu ilə bağlı razılığın əsası qoyula bilər”.  

Qeyd edək ki, Abxaziyadan keçəcək dəmiryolunun bərpası haqqında ilk təklifi Vladimir Putin keçən il səsləndirmişdi. Təklifə əsasən, dəmiryolu Rusiya, Abxaziya, Gürcüstan və Ermənistanı birləşdirməlidir. Gürcü müxalifəti Putinin təklifinə qarşı həmin vədə çox sərt şəkildə çıxmışdı. Rəsmi Tiflis də Abxaziyadan keçəcək dəmiryolunun reallaşmayacağını bildirmişdi.  

Onu da xatırladaq ki, Zurab Abaşidze ilə Qriqori Karasin arasında növbəti görüş oktyabrın 16-da Praqada olacaq./

 

Google+ WhatsApp ok.ru