Ukrayna hökuməti `Vesti` qəzetinə basqın etdi

Ukraynanın nəhəng müstəqil “Vesti” qəzetinə ölkənin Təhlükəsizlik Xidməti (UTX) əməkdaşları tərəfindən basqın edilib. 
Maskalılar qəzetin ofisinə girərək kompüter, mobil telefon və qapıları qırmağa başlayıb. 
 
Basqının səbəbi  "Aftombladed" İsveç qəzetinin jurnalisti Miki Velikovskinin reportajının "Vesti" tərəfindən dərc edilməsi olub. 
 
Bu jurnalist Ukraynada cəbhə xəttində hər iki münaqışə tərəfindən reportaj hazırlayıb. O, öz görüşləri haqda “Vesti”, “Aftonbladet” və “Washington Post”da da yazıb. Lakin görünür ki, Avropaya inteqrasiya etdiyini deyən Ukrayna hökuməti onun jurnalistikasında təhlükə görüb.
 
M.Velikovskinin sözlərinə görə, bir müddət əvvəl Ukrayna hökuməti  jurnalistlərə üsyançılardan hər-hansı  müsahibə götürməyi qadağa ediblər. Jurnalist bu qanundan şoka düşdüyünü də vurğulayıb. 
 
Tirajı 400 min olan  “Vesti” yeganə nəhəng qəzetdir ki, prezidentin və ya ona yaxın olan oliqarxlara tabe deyil. Buna görə “Vesti”  ifşaedici məlumatları olduqca çoxdur. Son reportajlarının birində “Vesti” UTX rəhbərinin qızı haqda şok məlumat yayıb. Xəbərdə bildirilirdi ki, o, Manhettendə qiyməti ayda 100 min krondan çox olan oteldə qalıb.
 
“Vesti”nın baş redaktoru İqor Qujva hesab edir ki, basqına səbəb məhz bu reportaj olub. O, “UQB” kanalına, “mənə maraqlıdır ki, UTX əməkdaşları tərəfindən redaksiyamıza edilən basqını Ukrayna dövlətinin hazırda uğrunda mübarizə apardığı Avropa dəyərləri ilə necə uyğunlaşdırmaq olar?” - deyə bildirib.
 
Ötən qış Ukraynanın indiki rəhbərliyi hakimiyyəti ələ keçirdikdən sonra, KİV-lərə daha da ciddi məhdudiyyətlər qoymağa başlayıb. Həmən aylarda Svoboda Partiyasından olan parlament deputatları Ukrayna Milli Teleşirkətinə  hücum edərək teleşirkətin rəhbəri Aleksandr Paytelemonovu vəhşicəsinə döymüşdülər. Sonra onu istefaya məcbur etdilər. O vaxtdan bəri Ukrayna Parlamenti bir-bir Rusiya kanallarının yayımlanmasına qadağa qoyur.
 
Qeyd edək ki, UTX-nin “Vesti”yə basqını ATƏT və Jurnalistlərin Müdafiə Komitəsi tərəfindən pislənib.

Google+ WhatsApp ok.ru