Ukrayna Krıma hücum etdi, Rusiya ordusu itki verdi

Ukrayna Krıma hücum etdi, Rusiya ordusu itki verdi

Ukrayna Silahlı Qüvvələrinin xüsusi təyinatlı dəstələri Rusiyanın nəzarətində olan Krım yarımadasına həmlə edib.
 
Virtualaz.org xəbər verir ki, bu haqda FTX-nin bəyanatında deyilir. Bəyanata əsasən Ukrayna ərazisindən güclü atəş dəstəyi altında xüsusi təyinatlı bölmələr Krım ərazisinə daxil olmaq üçün iki cəhd edib. Bu hadisə avqustun 8-nə keçən gecə baş verib. Xüsusi təyinatlıları Ukrayna ordusunun zirehli texnikası dəstəkləyib, habelə onlara güclü atəş dəstəyi göstərilib. FTX-nin xüsusi təyinatlı bölmələri ordu bölmələrinin dəstəyi ilə bu cəhdin qarşısını alıb, atışma zamanı bir hərbçi həlak olub.
 

Google+ WhatsApp ok.ru