UNİCEF: ’2018-ci ildə 59 fələstinli uşaq öldürülüb‘ 18 Noyabr 2019 17:15 Fələstin BMT-nin Uşaqlara Yardım Fondunun (UNİCEF) noyabrın 17-si nəşr etdiyi hesabata görə, 2018-ci ildə 59 fələstinli uşaq öldürülüb, 3472 uşaq da yaralanıb. Fələstində ayda orta hesabla 200 uşaq saxlanılır. UNİCEF-in Yaxın Şərq və Şimali Afrika bölgəsi üzrə direktoru Ted Çayban Uşaq Hüquqları haqqında Konvensiyanın 30-cu ildönümü münasibətiylə təşkil etdiyi mətbuat konfransında, müqavilənin imzalanmasından etibarən Yaxın Şərqdə və Şimali Afrika bölgəsində uşaq hüquqları mövzusunda bir irəliləmə olduğunu bildirib. Çayban 1990-cı illərdə 5 yaşından kiçik hər 1000 uşaqdan 65-nin öldüyünü, bu gün isə bu rəqəmin 21-ə düşdüyünü qeyd edib. Çayban daha əvvəlki vaxtlara nisbətən məktəblərə gedən uşaq sayında da artım olduğunu və bölgədəki uşaqlardan 90%-nin təmiz su içmə və səhiyyə xidmətlərindən istifadə etmə imkanı əldə edə bildiyini söyləyib. UNICEF-in verdiyi məlumatlara görə, hal-hazırda Yaxın Şərq və Şimali Afrika bölgəsində qaçqın həyatı yaşamaq məcburiyyətində olan uşaqların sayı 6.3 milyonu keçir. /Deyerler.org Teqlər : #UNİCEF:,#’2018ci,#ildə,#fələstinli,#uşaq,#öldürülüb‘, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sionist rejimi Qüdsdə daha bir gənc fələstinlini qətlə yetirib İsrail rejimi 2019-cu ildə 745 fələstinli uşağı həbs edib
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar