UNICEF Qəzzada fələstinli uşaqların qətlini pisləyib

UNICEF Qəzzada fələstinli uşaqların qətlini pisləyib

BMT Uşaq Fondunun (UNICEF) icraçı direktoru cümə axşamı verdiyi açıqlamada sionistlərin Qəzza zolağında iki fələstinli uşağın qətlini pisləyib.
 
Maide.Az İRNA xəbər agentliyinə istinadla xəbər verir ki, cinayəti pisləyən Henrietta For sionist rejimin fələstinli uşaqlara qarşı təcavüzünün dayandırılmasını tələb edib.
 
Cümə axşamı sionist rejimin əsgərləri tərəfindən “Böyük Qayıdış” yürüşünün 73-cü nümayişinin iştirakçılarına qarşı atəş açılması nəticəsində iki fələstinli uşaq şəhid olmuş və 76 nəfər yaralanmışdı.
 
“Böyük Qyaıdış” adlı dinc nümayiş 30 Mart 2018-ci il tarixində Qəzza Zolağında başlayıb və bu günə qədər davam edir.
 
2018-ci ilin martından etibarən bu nümayişlərdə 310-dan çox fələstinli öldürülüb və ən azı 31 min insan sionist rejim tərəfindən yaralanıb. 

Google+ WhatsApp ok.ru