İsrail həbsxanalarında 28 fələstinli aclıq aksiyası keçirib

İsrail həbsxanalarında 28 fələstinli aclıq aksiyası keçirib

Fələstinli Əsirlərin İşi Üzrə Mərkəzin informasiya şöbəsinin məlumatında deyilir ki, sionist rejimin həbsxanalarında aclıq aksiyası keçirən əsirlərin sayə 28 nəfərə çatıb.
 
Maide.Az İQNA-a istinadla xəbər verir ki, Fələstinli Əsirlərin İşi Üzrə Mərkəzi bəyaniyyə yayaraq elan edib ki, HƏMAS-ın əsirlər heyətinin rəisi Məhəmmər İrman, onun müavini Osman Bilal, Abbas Seyyid, Əşrəf Əzgir, Müəmmər Şeyx və Əhməd Qədrə aclıq aksiyası keçirən əsirlərə qoşulublar.
 
Fələstinli əsirlər həbsxanalarda sionist rejimi tərəfindən quraşdırılan və xərçəng xəstəliyi yaradan parazit aparatına etirazlarını bildiriblər.
 
Həbsxanada əsirlərin etirazları hər gün güclənir və tezliklə 120 nəfərin də aclıq aksiyasına qoşulacağı deyilir.   
 

 

Google+ WhatsApp ok.ru