UNRWA: ‘Fələstinli miqrantların sağlamlığı təhlükə altındadır’

UNRWA: ‘Fələstinli miqrantların sağlamlığı təhlükə altındadır’

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) iqtisadi böhran səbəbiylə fələstinli miqrantların sağlamlığının hələ də ciddi təhlükəylə qarşı-qarşıya olduğunu diqqətə çatdırıb.
 
Maide.Az "Felestin.info"-ya istinadla xəbər verir ki, UNRWA-nın yaydığı sağlamlıqla əlaqəli 2018-ci ilə dair illik hesabatda təşkilatın qeydlərində 5 milyon 400 min fələstinli miqrant olduğu və 2018-ci ildə UNRWA-nın maliyyə cəhətdən böyük sıxıntı yaşadığı bildirilib.
 
Bütün çətinliklərə rəğmən, yenə də UNRWA-nın fəaliyyət yürütdüyü Qəzza, İordaniya, Livan, Suriya və İordan çayının qərb sahilindəki miqrant düşərgələrində təcili yardım xidmətlərinin asanlaşdırılması səylərinin fasiləsiz davam etdiyi qeyd olunub.
 
UNRWA miqrantlara tibbi xidmət göstərən həkimlərin və digər səhiyyə əməkdaşlarının fədakarcasına işləməsini də təqdir edib.
 
Hesabatda təşkilatın 5 xidmət bölgəsindəki 114 tibb mərkəzində gündə orta hesabla 23 min xəstəyə xidmət göstərildiyi açıqlanıb.
 

Google+ WhatsApp ok.ru