Vəfa Quluzadə vəfat etdi

Tanınmış politoloq, sabiq dövlət müşaviri Vəfa Quluzadə dünyasını dəyişib.
 
V. Quluzadənin səhhəti qəflətən pisləşib və o, Bakıdakı xəstəxanalardan birinə yerləşdirlib. Onun ürəyində şuntlama əməliyyatı keçirilib, əməliyyatdan sonra V. Quluzadə palataya yerləşdirilib. Lakin bir az sonra onun səhhəti qəflətən pisləşib və dünyasını dəyişib.
 
V. Quluzadənin cənazəsi məscidə gətirilib. Qohumlarının bildirdiyinə görə, V. Quluzadə Yasamal qəbirstanlığında gənc yaşlarında xəstəlikdən vəfat etmiş oğlunun məzarının yanında dəfn ediləcək. 

Google+ WhatsApp ok.ru