Vəhhabilər Nigeriyada şiə əzadarlara hücum edib

Vəhhabilər Nigeriyada şiə əzadarlara hücum edərək çoxlu sayda insanın yaralanmasına səbəb olub.
 
Maide.az xəbər verir ki, vəhhabi təriqətinə mənsub radikallar Nigeriyada daha bir cinayət törədiblər.
 
Bir neçə gün öncə quldurlar Nigeriyanın Cus şəhərində İmam Hüseyn (ə) əzadarlıq məclisinə yollanan şiələrə hücum təşkil ediblər.
 
Quldurlar Cus şəhərinin vəhhabi müftisi Elyu Bin Elyunun göstərişlərinə tabe olaraq bu vəhhabi müftinin provokasiyalarının təsiri altında bu cinayətə əl atıblar.
 
Vəhhabi quldurların bu hücumu nəticəsində 30 şiə qadın və kişinin yaralanması ilə yanaşı, onlara məxsus əmlak və evlər yandırılıb.
 
Nigeriya şiələri hər il Məhərrəm ayının əvvəlindən dinc şəkildə dini mərkəzlərdə əzadarlıq edirlər, lakin davamlı olaraq ölkədə yaşayan vəhhabilər tərəfindən hücumlara məruz qalırlar.
 
Qeyd edək ki, Nigeriya vəhhabilər keçən həftənin şənbə və bazar ertəsi günləri də Cus şəhərindəki şiələrə məxsus məscidə hücum etmiş və məscidə ziyan vurmaqdan əlavə, birn neçə şiəni də yaralayıblar./
 
 
 
 

Google+ WhatsApp ok.ru