Bəhreyndə bugün kütləvi mitinqlərə çağırış edildi-FOTO

Bəhreyndə müxalif partiyalar və hərəkatlar xalqı bugün-cümə günü Əl-Musəlla rayonunda kütləvi aksiyalara dəvət ediblər.
 
 Maide.az xəbər verir ki, Bəhreyndə müxalifət partiyaları və təşkilatları, xüsusən də qabaqcıl Bəhreyn İslam Milli Birlik Cəmiyyəti xalqı cümə günü Əl-Musəlla rayonunda “Mübarizə bayrağı yerə düşməyəcək” şüarı ilə kütləvi etirazlara qoşulmağa çağırıb.
 
Xatırladaq ki, ötən axşam ruhanilər və natiqlər  həbsə saldığı üçün Bəhreyn hakim rejimin əməllərini pisləyən ümumxalq mitinqlər bu ölkənin müxtəlif bölgələrində, xüsusilə də Setrə və Əl-Deraz rayonlarında keçirilib.
 
Mitinq iştirakçıları şüarlar səsləndirərək, haqq və həqiqət səsini boğmaq səylərini pisləyiblər.
Etirazçılar eləcədə Aşura günü etdiyi çıxışa görə həbs edilən Şeyx Əbd əl- Zəhra ilə həmrəylik nümayiş etdiriblər.
Qeyd edək ki, Bəhreyn rejimi Aşura günü bir çox vaizi və natiqi, o cümlədən Əbbas əl-Cəmri və Şeyx əl- Mübəşşiri həbs edib. /
 
 
 
 
 

Google+ WhatsApp ok.ru