Vəliəhd şahzadə dövründə edamlar artıb - Statistika

Vəliəhd şahzadə dövründə edamlar artıb - Statistika

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salman (MBS) dövründə icra edilmiş edamlarla bağlı statistika açıqlanıb.
 
Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, “Reprieve” insan haqları təşkilatı MBS dövründə S.Ərəbistanında 133 nəfərin edam edildiyini bildirib.
 
Bu isə MBS-nin iqtidara gəldiyi 2017-ci ilin iyunundan əvvəlki dövrlə müqayisədə 66 faktın artması deməkdir.
 
2014-cü ildən bəri edam edilənlərin ümumi sayı isə 700-ə çatıb. Onların 49 faizi əcnəbilərdir.
 
Hesabatda qeyd olunub ki, 246 nəfər narkotik maddə ilə əlaqələri cinayətlərə görə edam ediliblər.
 
Jurnalist Camal Qaşıqçının qətli ilə bağlı həbs edilən 54 nəfərin də edamının gözlənildiyi vurğulanıb.

Google+ WhatsApp ok.ru