V ƏRBƏİN Dünya Mükafatının yekun mərasimi keçiriləcək 26 Sentyabr 2019 09:52 Dünya Oktyabr ayının 1-də İran İslam Respublikasının İslami Təbliğat və Əlaqələr Təşkilatının təşəbbüsü ilə V ƏRBƏİN Dünya Mükafatının yekun mərasimi keçiriləcək. Maide.Az İQNA-a istinadla xəbər verir ki, ƏRBƏİN Dünya Mükafatı beynəlxalq səviyyədə təşkil olunan mədəni proqramdır. Bu proqramın hədəfi Aşura mədəniyyəti və maarifini yaymaq və İmam Hüseyn (ə) aşiqlərinin eşq cilvəgahını dünyaya nümayiş etdirməkdir. Proqram indiyədək müxtəlif ölkələrin iştirakı ilə beş il arıdıcıl olaraq keçirilmişdir. Beşinci turun yekun mərasimində 20 ölkədən olan iştirakçıların ƏRBƏİN və Aşura mövzusunda ərsəyə gətirdikləri əsərlər mükafatlandırılacaq. Müxtəlif ölkələrdən rəsmilər, din xadimləri və tələbələrin iştirakı ilə keçiriləcək yekun mərasimində altıncı turun da açılışı və mövzuları elan ediləcək. ƏRBƏİN Dünya Mükafatında iştirak edənlər öz əsərlərini səfərnamə, film və foto formatlarında hakimlər heyətinə təqdim edirlər. Seçilmiş əsərlər yekum mərasim çərçivəsində sərgiyə çıxarılır. Teqlər : #ƏRBƏİN,#Dünya,#Mükafatının,#yekun,#mərasimi,#keçiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İƏT Avropa liderlərini İslamofobiyaya qarşı tədbir görməyə çağırır Pakistanda minlərlə uşaq dünya birliyinə çağırış etdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO