Vaşinqtonda etirazlar davam edir

Nyu-Yorkda zəncinin ölümünə səbəb olan polisə bəraət hökmünün verilməsinə etiraz edən bir qrup şüarlar səsləndirərək aksiya keçirib.
 
Maide.az xəbər verir ki, ABŞ-da zənci amerikalı Erik Garnerın saxlanması zamanı boğazını sıxaraq ölümünə səbəb olan polisə bəraət hökmünün verilməsinə qarşı etiraz aksiyaları davam edir.
 
ABŞ-ın paytaxtı Vaşinqtonda axşam saatlarında əksəriyyəti gənc olan təxminən 100 nəfərlik qrup Farragut West metro stansiyası qarşısında toplaşıb. "Nəfəs al", "Zəncilərin həyatları da dəyərlidir" kimi şüarlar yazılmış plakatlar daşıyan qrup tez-tez, "Ədalət istə" "Ədalət yoxsa, sülh də yox," "İrqçi polis," "Qatil polislər rədd olub getməlidir" şüarları səsləndiriblər.
 
Küçələrdə gəzə-gəzə vaxtaşırı olaraq nəqliyyatın hərəkətini saxlayan qrup Garner və Fergusonda zənci gənc Maykl Braunun polislər tərəfindən öldürülməsi və daha sonra bu polislər haqqında bəraət qərarı verilməsinə etiraz bildiriblər. Soyuq havaya baxmayaraq, şəhərin əsas meydanlarından Düpon Circlea yürüş edən  nümayişçilər burada yerə uzanıblar. 

Google+ WhatsApp ok.ru