Putinin müşaviri ABŞ və İsrail rejiminə `od vurdu`

Rusiya prezidenti Vladimir Putinin müavinlərindən olan Aleksandr Proxanov İŞİD qruplarının Mossad Kəşfiyyat Xidməti tərəfindən öyrədildiyini deyib.
 
Maide.az "Press TV" kanalına istinadən xəbər verir ki, Proxanov İŞİD rəhbərliyinə İsrailin kəşfiyyat təşkilatı olan Mossad tərəfindən kəşfiyyat məsələsində təlim verildiyini söyləyib. Proxanov həmçinin İŞİD-in silahlı qruplarının da Mossad Kəşfiyyat Xidmətindən hərbi təhsil aldığını irəli sürüb.
 
Rus səlahiyyətli İŞİD-in ABŞ-ın Yaxın Şərq siyasətinin məhsulu olduğunu bildirib. Proxanov, "İŞİD ABŞ-ın əlində olan bir vasitədir. ABŞ Avropaya, əgər biz daxil olmasaq, İŞİD sizə zərər verər deyir" - söyləyib.
 
Proxanov İŞİD-in əsas hədəfinin Rusiya və İran olduğunu vurğulayıb. Proxanov, "onlar ötən günlərdə Çeçenistanda bizə hücum etdilər. Həmçinin onların ideologiyasında İranda, ya da Yaxın Şərqdəki digər müsəlman ölkələrdə olan İslamla əlaqədar bir şey yoxdur. ABŞ və İsrail eynidirlər və ikisi də İŞİD kimi terrorçu qrupları dəstəkləyirlər" - deyə əlavə edib.

Google+ WhatsApp ok.ru