Vaşinqtonda iğtişaşlar nəticəsində saxlanılanların sayı 217-yə çatıb

Vaşinqtonda iğtişaşlar nəticəsində saxlanılanların sayı 217-yə çatıb

ABŞ-ın paytaxtı Vaşinqtonda polislə Donald Trampın əleyhdarları arasında baş verən toqquşmalar nəticəsində saxlanılanların sayı 217 nəfərə çatıb.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Vaşinqton polis idarəsinin rəisi vəzifəsinin səlahiyyətlərini icra edən Piter Nyüşem bildirib.
 
Onun sözlərinə görə, şəhərdə qeydə alınan müxtəlif insidentlər zamanı 6 polis əməkdaşı xəsarət alıb.
 
“Ümumiliklə iğtişaşlar nəticəsində 217 nəfər saxlanılıb, 6 polis əməkdaşı müxtəlif dərəcəli xəsarət alıb”, deyə P.Nyüşem qeyd edib. 
 
 

Google+ WhatsApp ok.ru