Valyutadəyişmə məntəqəsinin sahibi başından vuruldu

Gəncədə valyutadəyişmə məntəqəsinin sahibi başından vurulub.
 
Hadisə saat 00:30 radələrində şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb. Sözügedən küçədə valyutadəyişmə məntəqəsi olan 1971-ci il təvəllüdlü Kəmaləddin Əliyev işlədiyi obyektin qarşısında iti alətlə başından vurulub. Xəsarət alan yaralı başın kəsilmiş-çapılmış xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
 
K.Əliyev onu vuran şəxsin 25 min manat pulunu apardığını bildirib.
 
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır APA /.

Google+ WhatsApp ok.ru