Venesuelada aksiyalarda ölənlərin sayı 16-ya çatdı -VİDEO

Venesuelada aksiyalarda ölənlərin sayı 16-ya çatdı -VİDEO

Venesuelanın paytaxtı Karakasda minlərlə aksiyaçı küçələrə axışıb.
 
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, etiraz edənlər prezident Nikolas Maduronun həm əleyhdarları, həm də tərəfdarlarıdır.
 
Onlar şəhərin əsas magistral yolunu bağlayıblar.  Venesuelada etiraz aksiyalarında ölənlərin sayı 16 nəfərə çatıb.  70-ə yaxın yaralanın olduğu da bildirilir.
 
Qeyd edək ki, Venesuelada parlament sədri Xuan Quaido özünü prezident elan edib. Amerika, Kanada və bir neçə Amerika ölkəsi Quaidonu prezident tanıdıqlarını elan ediblər.  Xuan Quaido ilə prezident Nikolas Maduronun tərəfdarları kütləvi aksiyalara başlayıb.
 
Ölkənin əksər şəhərlərində aksiyalar davam edir.
 
 

Google+ WhatsApp ok.ru