Venesuela iki günlük iş həftəsinə keçir

Venesuela hökuməti iki günlük iş həftəsinə keçmək barədə qərar qəbul edib.

Hakimiyyət bu addımı elektrik enerjisinin çatışmazlığı ilə bağlı böhranla izah edir.

Maide.Az BBC-yə istinadən xəbər verir ki, vitse-prezident Aristobulo İsturiz deyib ki, çərşənbə günündən başlayaraq böhranın həllinədək həftənin növbəti beş günü istirahət günləri hesab olunacaq.

Bu arada Venesuelanın tədris müəssisələri 4 günlük iş rejiminə keçirilib.

Yeni qərar 2 milyonadək işçiyə şamil edilir.

Aprel ayının əvvəlində prezident Nicolas Maduro əhalini elektrik enerjisinə qənaət etməyə səsləmişdi.

Zəngin neft ehtiyatlarına malik Venesuela hakimiyyəti elektrik böhranının quraqlığa görə yarandığını bildirir.

Müxalifət isə hakimiyyəti səmərəsiz idarəçilikdə ittiham edir. /

Google+ WhatsApp ok.ru