Vilayəti Seyid Həsən Nəsrullahla görüşüb

Ali Liderin beynəlxalq məsələlər üzrə müşaviri Livan Hizbullahının baş katibi ilə görüşdə önəmli regional məsələlər, müqavimət cəbhəsinin qələbələri və təkfirçi cərəyanlarla mübarizə barədə fikir mübadiləsi aparıb.
 
Maide.az "Fars" agentliyinə istinadla xəbər verir ki, Fələstin üzrə islam dünyası alimlərinin iclasında iştirak etmək məqsədilə Livana səfər edən Əli Əkbər Vilayəti Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahla görüşüb. Görüşdə Livan Hizbullahının baş katibi regional proseslər, ifratçılıq və təkfirçi cərəyanlarla əlaqədar məsələlər, eləcə də müqavimətin atdığı addımlar barədə məlumat verərək, Qələmun və digər bölgələrdə əldə olunan qələbələrə toxunaraq İran İslam Respublikasının dəstəyi və tədbirlərini alqışlayıb. 
 
Əli Əkbər Vilayəti də bu görüşdən məmnun qaldığını bildirərək qələbələr münasibəti ilə Hizbullahı təbrik edib və ifratçı və təkfirçi cərəyanlarla mübarizə üçün müxtəlif sahələrdə əməkdaşlıq keçmişləri olan qruplar, ölkəlkər və islam dünyasının vəhdətini əhəmiyyətli adlandırıb və deyib: Təkfirçi qruplaşmalar və ifratçılar bəzi ölkələr və region dövlətlərinin dəstəyi ilə islamdan kobud imici təqdim etməyə çalışırlar və hətta bəzi islam ölkələrini parçalamaq üçün proqramlaşdırma aparırlar."

Google+ WhatsApp ok.ru