Xəstəxana boşaldıldı, yaralıların müalicəsi yarımçıq qaldı

İsrailin hücumlarına məruz qalan Rifah şəhərindəki Əbu Yusif ən-Nəccar Xəstəxanası İsrail hücumlarına görə boşaldılıb.
 
Maide.az-ın məlumatına görə, keçmiş hökumət nümayəndəsi Əşrəf əl-Kudra şəhərin ən böyük xəstəxanalarından biri olan Əbu Yusif ən-Nəccar Xəstəxanasının İsrail ordusunun topçuları tərəfindən dəfələrlə bombalandığını deyərək, "Xəstə və yaralıların zərər görməsindən narahat olduğumuz üçün xəstəxananı tamamilə boşaltmaq məcburiyyətində qaldıq" deyir.
 
Xəstə və yaralıların Rifahdakı kiçik iki xəstəxanaya nəql edildiyini söyləyən Kudra, "Xəstəxanalardakı tutum azlığına görə onlarla xəstə müalicə edilə bilmir" söyləyib.
 
Şiddətli hücumlara görə təcili yardımların Rifah şəhərindən çıxa bilmədiyini xatırladan Kudra, "Beynəlxalq təşkilatlar yaralıların həyata gözlərini yummadan əvvəl Xan Yunus və Qəzzadakı xəstəxanalara nəqli üçün təhlükəsizlik koridoru açılması üçün addım atmalıdırlar" deyə danışıb.

Google+ WhatsApp ok.ru