`Xəstəxanaya hücum hərbi cinayətdir`

BMT Əfqanıstanın Kunduz şəhərində Sərhədsiz Həkimlər təşkilatının xəstəxanasına hava hücumunu pisləyib. Hücum nəticəsində 12-si heyət üzvü, 4-ü böyük, 3-ü isə uşaq olmaqla, 19 nəfər həlak olub. 
 
BMT nümayəndəsi Zeid Ra’ad Al Hussein deyib ki, "əgər hücumun qəsdən edildiyi məhkəmədə təsdiq olunsa, bu akt müharibə cinayətinə bərabər tutula bilər”. 
 
Sərhədsiz Həkimlər hava zərbəsindən azı 37 nəfərin ciddi xəsarət aldığını, xəstəxananın isə qismən dağıldığını bildirib. 
 
ABŞ prezidenti Barak Obama oktyabrın 3-də hücumla bağlı başsağlığı verib. /

Google+ WhatsApp ok.ru