Amerikada orta hesabla hər gün 36 qətl törədilir

Amerikada orta hesabla hər gün 36 nəfər silahlı insident və ya küçə zorakılıqları nəticəsində həyatını itirir. 
Maide.az xəbər verir ki, Amerikada çıxan Haffinqtonpost qəzeti qəzeti yazır ki, hər gün Amerikanın müxtəlif ştatlarında orta hesabla 36 nəfər qətlə yetirilir və ABŞ xalqı bu məsələyə heç bir əhəmiyyət vermir. 
Qəzetin yazdığına görə, bu statistik rəqəm öz növündə son dərəcə sarsıdıcı bir rəqəmdir. Çünki, ABŞ mediaları adətən barəsində hay-küy qopmayana kimi, məktəblər və universitetlərdə baş verən silahlı insidentlərdən söz açmırlar. Halbuki, hər gün orta hesabla 36 nəfər Amerikada silahlı insidentlər nəticəsində həyatını itirir. 
2012-ci ildən yəni Sendi Hok məktəbində baş verən hadisədən ötən cümə axşamı günü Orqan kollecində baş verən hadisəyə kimi ötən zaman ərzində ABŞ məktəbləri və universitetlərində 141 oxşar hadisə baş verib. 
ABŞ prezidenti Barak Obama bu vəziyyəti tənqid edərək, deyib  ki Amerikada insanların kütləvi şəkildə qətlə yetirilməsi adi hall almaqdadır. /
 

Google+ WhatsApp ok.ru