Xəlil İbrahim məscidi qətliamının ildönümündə Fələstinlilər aksiyası keçirdi, həbs olunanlar var

İşğalçı İsrail  hərbiçiləri  bu gün işğal olunmuş Fələstinin Əl-Xəlil şəhərində Xəlil İbrahim məscidi qətliamının   22-ci  ildönümü münasibəti ilə keçirilən  aksiyada 10 nəfəri həbs edib. 
 
Maide.az xəbər verir ki, bu gün Qərb sahilinin  cənubunda Əl-Xəlil şəhərində 200 –dən çox insanın iştirakı ilə bu qətliamın ildönümü münasibəti ilə etiraz aksiyası keçirilib.
 
Aksiyada iştirak edənlərin əksəriyyəti fələstinlilər olsada onların arasında  yəhudilər də olub. Məlumatda bildirilir ki, saxlanılan şəxslərdən bir neçəsi də yəhudilərdir. 
 
Məlumata görə, etiraz aksiya iştirakçıları ilə işğalçı rejimin  əsgərləri arasıdna qarşıdurma baş verib. Hərbiçilər  etirazçılara hücum edib və etirazçılar onlara daş atıb. 
 
Qeyd edək ki, 1994-cü ildə iqrçi yəhudilərdən biri Əl-Xəlil şəhərində Xəlil İbrahim məscidində namaz qılan fələstinlilərə  odlu silahla hücum edib. Onun açdığı atəş nəticəsində 29 fələstinli şəhid, 150-dən çox isə yaralandı. 
 
Son aylar Fələstin torpaqlarında işğalçı rejimə qarşı etirazlar artıb. Ötən ilin oktyabr ayından indiyədək İsrail hərbiçilərinin açdığı atəş nəticəsində 180-dan çox fələstinli şəhid olub. /
 
 

Google+ WhatsApp ok.ru