Netanyahunun istefasını istədilər

Gənc müxbirlər klubunun bildirdiyinə görə, "İsrail Evimiz" Partiyasının lideri və keçmiş xarici işlər naziri Aviqdor Liberman dünən Benyamin Netanyahu və bu rejimin müharibə naziri Moşe Yaalondan Fələstin intifadasına mane olmaq məsələsində uğursuz qaldıqları üçün istefa vermələrini istəyib.
 
Maide.az xəbər verir ki, intifada və Fələstin müqavimətinin davam etməsinin İsrail rejimi tərəfindən tətbiq edilən təhlükəsizlik tədbirlərinin uğursuz olduğunu göstərdiyini bildirən Liberman, rəsmilərin gücsüz olduqlarını, bunun üçün də dərhal istefa vermələri lazım olduğunu bildirib.
 
Sionist rejim rəsmilərindən bir çoxu son dövrdə Netanyahu hökumətini intifada qarşısında uğursuz qalmaqla günahlandırmış və intifadanın davam etməsindən narahatlıqlarını dilə gətiriblər.
 
2015-ci ilin oktyabr tarixində işğal altındakı Fələstin torpaqlarında başlayan Qüds intifadası hələ də davam edir və bu müddət ərzində Fələstin xalqından 180 nəfər sionistlər tərəfindən şəhid edilib və çoxlu sayda fələstinli də yaralanıb və ya həbs olunub.

Google+ WhatsApp ok.ru